SİZİN REKLAM BURADA!
055 213 76 73


Xızı rayonundakı qəsəbələrdən birində zibil əlindən antisanitasiya hökm sürür.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə məlumat və görüntülər daxil olub.

Şikayətçilər bildirir ki, son 10 gündür rayonun Giləzi qəsəbəsində məişət tullantıları və mal-qara peynindən dayanmaq olmur.

Görüntülərdə asfalt yollarda zibilliklə yanaşı, müxtəlif mal-qara peynlərinin kadrları da yer alıb.

Qəsəbə sakinləri yaranmış xoşagəlməz halla bağlı aidiyyatı qurumlara müraciət etdiklərini, lakin nəticə əldə etmədiklərini vurğulayıblar.

BAKU.WS sözügedən görüntüləri təqdim edir:

BAKU.WS
VİDEO