Buzovna sakinləri zibil konteynerlərindən təngə gəliblər - VİDEO
Xəzər rayonu, Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsində yaşayan sakinlər dörd ildir ki, zibil konteynerlərindən şikayətlənirlər.
BAKU.WS xəbər verir ki, əhali və yaxınlıqdakı iaşə obyektləri tullantılarını bura atır. Nəticə olaraq həyətin mərkəzində natəmizlik hökm sürür. Xüsusən də, isti havalarda bina üfunətə qərq olur.
Sakinlər iddia edirlər ki, yaranan vəziyyətdən dolayı bəzi sakinlər bu binadan köçüb gediblər.Həmin əraziyə daxil olan 111 saylı mənzil istismar sahəsinin rəhbəri Zaman Qəribov bildirib ki, konteynerlərin ərazidə olması nəqliyyatın daha rahat çalışması üçündür və onların buradan götürülməsi məsələsinə baxılacaq.
Ətraflı Real TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...