SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ölüm xəbərlərim yayılanda reanimasiyada idim. Orada bu haqda düşündüm. 1 sutka oyaq olmadım. Sanki uzandım və oyandım. Amma aradan 1 sutka keçdi. Jurnalistlərin bir günahı yoxdur. Mənə çoxlu zənglər edildi. Mən dedim yalan xəbərdir".

Bu sözləri BAKU.TV-nin "Qapqara" layihəsinə qonaq olan Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev deyib.

Bəstəkar onu da vurğulayıb ki, ölüm xəbərləri yayıldıqdan sonra çox sevildiyini anlayıb:

"Xeyli rəhmət oxuyan da oldu. Onu da yoxladım. Aygün Bəylərin ölümü ilə bağlı qarışıq xəbərlər çıxdı. Əvvəl dedilər ölüb, daha sonra dedilər sağıdı. Ola bilsin ki, bu hadisə mənim həyatımda yaşananlara da təsir edib. İnsanlar fikirləşdirlər ki, bəlkə bizə düz demirlər, bəlkə dünyamı dəyişmişəm. Əvvəla mən mənə bu qədər rəhmətin oxunacağını gözləmirdim. Öz özümə dedim ki "səni sevirmişlər". Bu mənim üçün çox hislər oldu".

Ətraflı BAKU.TV-nin materialında:

BAKU.WS
VİDEO