VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Qərbi Kaspi Universitetinin müəllimi, araşdırmaçı Adıgözəl Məmmədli olub.

O, ötən əsrin əvvəllərindən geosiyasi güc mərkəzlərinin ermənilərlə əməkdaşlığına, haylara dəstək verməsinə dair tarix faktları dilə gətirib. Bildirib ki, Azərbaycan xalqı imperiyalar yaradan, dövlət quran məğrur xalq olduğu üçün hər zaman imperativ düşünüb. Lakin ermənilər tarixən şahlara, sultanlara yarınmaq siyasəti həyata keçirib, hətta zərurət yarandığı halda öz müttəfiqlərinə xəyanət edib qarşı tərəfdə yer alıb, mövqelərini dəyişiblər.

Araşdırmaçı söyləyib ki, ötən əsrin əvvəlində böyük aktorlar ermənilərdən də istifadə etməklə, bu regionda türk varlığına son qoymaq siyasəti həyata keçirmək istəyiblər. Mustafa Kamal Atatürk və Azərbaycanın kommunist bolşevik siyasətçilərinin fəaliyyəti nəticəsində böyük aktorların bu siyasəti iflasa uğrayıb. İkinci Dünya müharibəsinin başa çatmasından sonra SSRİ ilə Türkiyənin düşmən mövqedə dayanmasına diqqət çəkən müsahib qeyd edib ki, Orta Şərqdə məskunlaşmış ermənilərin həmin illərdə məqsədli şəkildə Ermənistana köçürülməsinə başlanılıb.

A.Məmmədli SSRİ dövründə Moskvadakı erməni siyasi elitasının Qarabağa iddia etməsindən, bu məqsədlə Mircəfər Bağırova xüsusi məktub göndərilməsindən də söhbət açıb. Bildirib ki, Azərbaycanda rəhbər vəzifədə çalışan M.Bağırov tarixçilərin köməyi ilə SSRİ paytaxtına tutarlı cavab məktubu yollayıb, onları fakt qarşısında qoyub. Araşdırmaçının sözlərinə görə, SSRİ rəhbəri İosif Stalinin təşəbbüsü ilə Şimali Qafqaz xalqlarının köçürülməsi prosesinin davamı olaraq, Qərbi Azərbaycandakı soydaşlarımızın da öz dədə-baba yurdlarından çıxarılması məsələsi gündəmə gələndə M.Bağırov buna etiraz edib, Kremlin deportasiya siyasətinə qarşı çıxıb. Məhz buna görə də İ.Stalin M.Bağırovu işdən qovub, onu xüsusi əmrlə 4 aylıq məcburi məzuniyyətə göndərib.

İ.Stalinin ölümündən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin müxtəlif illərdə verdiyi fərmanlara diqqət çəkən A.Məmmədli deyib ki, bu fərmanlara uyğun olaraq bir çox Şimali Qafqaz xalqları öz vətənlərinə geri qayıdıblar. Lakin bu, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımıza şamil olunmayıb. Araşdırmaçı söyləyib ki, indiki dövrdə qeyd edilən fərmanlar siyasi mübarizəmizdə bir vasitəyə çevrilməli, SSRİ-nin varisi kimi Rusiya qarşısında tələblər gündəmə gətirilməli, soydaşlarımızın Qərbi Azərbaycana qayıtmaq hüququ təmin olunmalıdır.
A.Məmmədli ötən əsrin 70-ci illərində Göyçə gölü ətrafında aparılan arxeoloji tədqiqatlardan da söhbət açıb. Bildirib ki, bu tədqiqatlar tarixi gerçəklikləri üzə çıxarıb, ərazinin biz türklərə məxsus olduğunu bir daha təsdiqləyib. Araşdırmaçı sonda vurğulayıb ki, öz ata-baba yurdlarına qayıtmaq Qərbi azərbaycanlıların haqqıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO