Mirələm Mirələmova ağır itki üz verdi
Məşhur xanəndə Mirələm Mirələmova ağır itki üz verib.
BAKU.WS xəbər verir ki, onun atası Fərman Mirələmov vəfat edib. O 68 yaşında dünyasını dəyişib.
Bu barədə nəğməkar-şair Cəlal Qurbanov özünün sosial şəbəkə hesabında bildirib.
"Əziz dostum, qardaşım Mirələmin dəyərli atası Fərman kişinin 68 yaşında haqq dünyasına qovuşması bizi dərindən sarsıtdı. Mirələm atasına çox bağlı, onu böyük sevgi və ehtiramla sevən bir övlad idi. Fərman əminin gedişi ailəsi, doğmaları və onu tanıyan hər kəs üçün ağır itki oldu. Bu ağır itkinin acısını bölüşərək, Mirələm qardaşıma, bütün ailə üzvlərinə və doğmalarına ailəmizin adından dərin hüznlə başsağlığı verir, Allahdan Fərman əmiyə rəhmət, yaxınlarına səbir və dözüm diləyirik. Allah rəhmət eləsin" - deyə o qeyd edib.
Oxşar xəbərlər
"L7" qrupunun üzvü Cennifer Finç vəfat edib
Amerikanın məşhur rok qrupu "L7"nin vokalçısı və bas gitara ifaçısı Cennifer Finç 59 yaşında dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, sənətçi uzun müddət beyi...