VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad olunmuş torpaqlarda bərpa və yenidənqurma işlərinə dəstək olmaq məqsədilə “SOCAR Petroleum” QSC tərəfindən növbəti yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

“SOCAR Petroleum”un verdiyi məlumata görə, SOCAR brendli modul tipli YDS Füzuli şəhərində yerləşir.

Yanacaqdoldurma stansiyası Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün əlverişlidir. Bu yol Beyləqan və Füzuli rayonlarının ərazilərindən keçir.

“Aİ-92”, “Aİ-95” “Premium” və “Dizel” markalı yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada iki yanacaqpaylayıcı avadanlıq quraşdırılıb. Bununla da iki kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.
Artıq Qarabağ və Şərqi Zəngəzurda - Füzuli, Şuşa, Ağdam, Laçın, Xankəndi şəhərləri, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut qəsəbəsi) və Cəbrayıl (Şükürbəyli) rayonlarında fəaliyyət göstərən SOCAR brendli YDS-lərin sayı 9-a, ümumilikdə isə ölkə ərazisində 59-a çatdırılıb.

“SOCAR Petroleum” QSC-nin strateji inkişaf planına uyğun olaraq ölkə ərazisində müasir standartlara cavab verən YDS-lərin sayının bundan sonra da artırılması planlaşdırılır.

BAKU.WS
VİDEO

QALEREYA