Bu yolda subasmadan sonra hərəkət bərpa olundu - FOTO/VİDEO

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində Gəncə-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin subasmaya məruz qalması və nəqliyyat vasitələrinin hərəkətində çətinliklərin yaranması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış ərazidən su çəkilib kənarlaşdırılaraq nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa edilib.
Qalereya
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...
