Suyun tapılmayan vaxtı tonlarla su əraziyə axıdıldı - VİDEO

Suyun tapılmayan vaxtı tonlarla su əraziyə axıdıldı - VİDEO
Video
Video 192

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 05-06 radələrində Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza olub.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, qəza, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində, paytaxtın Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.

“Magistral su kəməri partlayıb, yolu və ətraf ərazini su basıb.”

Su çəkmə və digər lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal əraziyə cəlb olunub.

Sonra isə “Azərsu” ASC tərəfindən kəmərin bərpa işlərinə başlanıb.

Bakı Su Kanal İdarəsinin rəisi Habil Quliyev bildirib ki, qəzanın baş verməsinə səbəb kəmərin istifadə müddətinin başa çatmasıdır.

Qurumun rəsmisi onu da qeyd edib ki, Kür-Bakı su kəmərində baş vermiş qəzanın aradan qaldırıması işlərinin aparılması ilə əlaqədar paytaxtın Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Xatırladaq ki, ötən ilin oktyabrında həmin su kəmərində bənzər hadisə baş vermişdi. O zaman da magistral yolu su basmışdı.

Son xəbərlər