Azərbaycanlıların Türkiyəyə yardımı yeni ünvanda sürətlə davam edir - FOTO/VİDEO

Azərbaycan vətəndaşlarının qardaş ölkə Türkiyəyə yardımları davam edir.
BAKU.WS-in məlumatına görə, bu gündən yardımlar Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanır.
Yerli sakinlər şəxsi avtomobilləri və yük maşınları ilə böyük qutularla dolu əşyaları yardım ünvanına gətirirlər.
İdman Konsert Kompleksində adyal və yorğanlar bir tərəfə, isti qış geyimləri, ayaqqıblar və paltolar isə başqa tərəfə yığılır.
Sözügedən ünvanda yardım gətirənlərlə yanaşı könüllülər də var. Könüllülər əşyaları gətirən şəxslərə onları yerləşdirməyə köməklik göstərirlər.
Xatırladaq ki, Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ölənlərin sayı 6 234 nəfərə çatıb, 37 011 nəfər yaralanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük matəm elan edib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
