SİZİN REKLAM BURADA!
055 213 76 73


Cənub Qaz Dəhlizinin (CQD) Məşvərət Şurasının iclası çərçivəsində Yaşıl Enerji Məşvərət Şurasının ilk iclasını keçirdik. Bununla bağlı sizi təbrik edirəm.

BAKU.WS xəbər verir ki, bunu Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə mətbuat konfransında deyib.

Aİ komissarı artıq üçüncü dəfə Bakıya səfər etdiyini xatırladıb.

“Azərbaycan etibarlı və etimad etdiyimiz tərəfdaşdır. Bununla bağlı heç bir şübhə yoxdur. Bizim əməkdaşlığımız uzun müddətlidir. Cənub Qaz Dəhlizinin Avropanın enerji bazarında vacib rolu var və biz enerji əlaqələrimizi daha da gücləndirmək istəyirik.

Bugünkü iclasda CQD-nin genişləndirilməsi müzakirə olundu. Azərbaycanın bu prosesə fəal qoşulmasını təqdir edirik. Biz Transxəzər layihəsinə də nəzər saldıq.

Düşünürəm ki, əməkdaşlığımız təkcə qaz təchizatı ilə məhdudlaşmalı deyil. Azərbaycanın bərpaolunan enerji ilə bağlı gözəl potensialı var. Bu gün bu məsələ də müzakirə olundu. Aİ Azərbaycanı yaşıl enerji sahəsinə sərmayə sahəsində də dəstəkləyir”, - Aİ komissarı qeyd edib.

K.Simsonun qeyd edib ki, Avropanın bu çətin vəziyyətində Azərbaycan bizə köməyə gəldi:

“Bu dövrdə biz bildik ki, Avropanın günəş və külək enerjisi potensialı azdır. Biz məcbur olduq ki üzv ölkələrə enerji istismarını azaltmalarını deyək. Azərbaycan da məhz bu çətin məqamda bizə köməyə gəldi və Avropaya qaz təchizatını 40%-ə qədər artırdı”.

BAKU.WS
VİDEO