SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın 1-dən avtomobillərin icbari sığorta haqlarının yeni qaydalarla hesablanması xəbəri bəzi sürücülər arasında narazılıqla qarşılanıb.

Məsələ ondadır ki, həmin tarixdən etibarən təcrübəsiz sürücülər və avtomobilini daha çox Bakıda idarə edənlər digər sürücülərlə müqayisədə nəqliyyat vasitələrini sığorta etdirən zaman daha çox pul ödəyəcəklər. Bu zaman sürücünün yaşı və avtomobilin istehsal ili əsas götürüləcək.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, sadalanan amillərdən asılı olaraq sığorta haqqı artırılsa da, dəymiş ziyana görə sığorta şirkətləri tərəfindən avtomobil sahiblərinə ödənilən maksimum 5 min manatlıq limit olduğu kimi saxlanıb.

Sürücülər deyirlər ki, zəncirvari qəzalar zamanı dəymiş zərər müəyyən vaxtlarda 5 min manatdan çox olur.

Sürücülərin narazılığını yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı normal hesab edir. O bildirib ki, dəymiş zərərə görə müəyyən edilmiş 5 min manatlıq limit qərarından 17 il keçir və bu istiqamətdə də dəyişiklik etmək lazımdır.

Ekspert hesabe dir ki, qəza zamanı sürücüyə ödəniləcək məbləğ artırılaraq 10 min manata çatdırılmalıdır.

BAKU.WS
VİDEO