13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Bakıda yaşlı qadının iki nəfər tərəfindən işgəncəyə məruz qalması ilə bağlı görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, videoda qadının üstünə qışqırırlar, yer silməyə məcbur edirlər. Daha sonra sosial şəbəkələrdə yayılan bu görüntünün 85 yaşlı Şərabanu Fətəliyevaya aid olduğu məlum olub.

Hadisə Xəzər rayonu, “Albalılıq” yaşayış massivi, Nəriman Əliyev küçəsindəki mənzillərdən birində baş verib.

Görüntülərdəki qadının oğlu Əkrəm Abbasov Xəzərxəbər-ə açıqlamasında bildirib ki, 3 il öncə anasının belində problem əmələ gəlib və bundan sonra gəzməyində çətinlik yaranıb. Anasına illərdir özü və həyat yoldaşı baxıb. Bu görüntülərin ortaya çıxmasına isə həyat yoldaşı ilə bacısı arasındakı problem səbəb olub.

Qeyd edək ki, Əkrəm Abbasov yaşlı anasını sentyabrın 4-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna bacısının yanına aparıb və hazırda da qadın qızının yanındadır.

Məsələ ilə bağlı 85 yaşlı Şərabanu Abbasovanın ailə üzvləri ərazi üzrə polis bölməsinə dəvət olunublar və məsələnin təfərrüatları araşdırılır.

BAKU.WS
VİDEO