SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Jumeirah Bilgah Beach Hotel” kompleksində asılan çılçıraq böyük marağa səbəb olub.
 
BAKU.WS-in məlumatına görə, xüsusilə turistlərin diqqətini çəkən çılçıraq 18 mərtəbəni tam əhatə edir. "Jumeirah Bilgah Beach Hotel” kompleksi dünyanın 12 ölkəsində beşulduzlu otellərin sahibi olan "Jumeirah Group”un MDB məkanında ilk otelidir.
 
Oteldə quraşdırılan çılçırağın hündürlüyü nə az, nə çox 58 metrdir. Konstruksiyanın ağırlığı isə 13 tona çatır. Çılçırağa 75 min lampa yerləşdirilib. 20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılıb. 
 
Qeyd edək ki, indiyə kimi dünyada ən uzun çılçıraq Dohada (Qətər) bir oteldə asılıb. "Flow Reflective" adlanan çılçıraq 39 metr uzunluğu ilə dünyanın ən uzun ikinci çılçırağı sayılır. 

Şahin Həbibov
BAKU.WS