CENTCOM: İranın son hücumlarında ABŞ təyyarələri ziyan görməyib
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İordaniyadakı Əl-Əzraq aviabazasına endirilən zərbə nəticəsində ABŞ-yə məxsus üç "F-35" qırıcısının məhv edildiyi barədə səsləndirdiyi iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, CENTCOM-un "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib ki, İranın son raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar zamanı ABŞ-yə məxsus heç bir hərbi təyyarə nə zədələnib, nə də məhv edilib.
Qeyd olunub ki, buraxılan bütün raket və PUA-lar ya zərərsizləşdirilib, ya da nəzərdə tutulan hədəflərə çata bilməyib.
Komandanlıq həmçinin SEPAH-ın Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükə altında olması ilə bağlı açıqlamalarını da əsassız adlandırıb. Bəyanatda vurğulanıb ki, bölgədə dəniz nəqliyyatı üçün əsas risk məhz SEPAH-ın təhdidləri və hücum cəhdlərindən qaynaqlanır.
Bununla yanaşı, ABŞ tərəfi "M/T Nora" adlı kommersiya neft tankerinin guya Vaşinqtonun tətbiq etdiyi blokadanı yardığı barədə yayılan məlumatları da təkzib edib. CENTCOM regionda təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətin davam etdiyini, 20-dən çox ABŞ hərbi gəmisinin, yüzlərlə təyyarənin və minlərlə hərbçinin əməliyyat hazırlığını qoruduğunu və nəzarəti davam etdirdiyini bildirib.
Oxşar xəbərlər
"Rusiya Dəmir Yolları": Ermənistan müqaviləyə xitamı nəzərdən keçirirsə, qoyduğumuz investisiyaları geri qaytarsın
"Rusiya Dəmir Yolları" (RJD) Ermənistanın dəmir yolu konsessiyası ilə bağlı bəyanatlarına cavab verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, holdinqin rəh...