Abşeronda qızıl, Bakıda və Sumqayıtda velosiped oğruları saxlanılıb
Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs zərərçəkənin evini satışa çıxardığını öyrəndikdən sonra özünü alıcı kimi təqdim edərək evə daxil olub və oğurluq əməlini törədib.
Bundan başqa, Sumqayıt şəhəri və Bakının Yasamal rayonunda 3 nəfərə məxsus ümumilikdə 1030 manat dəyərində 4 velosipedin oğurlanması faktı üzrə də şübhəli şəxslər saxlanılıb.
Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 54 yaşlı C.Orucov və 41 yaşlı X.Məmmədov müəyyən edilərək saxlanılıblar.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Mina partlayışında ölən qardaşının evini yandırdı
Tərtərdə kişi qardaşı arvadının evini yandırıb. BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Şıxarx kəndində qeydə alınıb. İttiham aktına görə, 40...