SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Aprel döyüşlərində şəhid olan baş leytenant Adil Adilzadə və Qabil Orucəliyevin maraqlı videosu yayılıb. 
 
BAKU.WS-in məlumatına görə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək canlarını qurban verən şəhidlərimizin Yeni ildə çəkilən görüntülər hər kəsi duyğulandırıb. 
 
Adil Adilzadə və Qabil Orucəliyev yaxın dost olublar və aprel döyüşlərində çiyin-çiyinə dötyüşüblər.
 
Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu olan kiçik çavuş Adil Adilzadə Mingəçevirdəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub. Qabil Orucəliyev isə Naxçıvan şəhərinin Xıncov məhəlləsində anadan olub. O, cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə ağır yaralanaraq həyatını itirib. 

Ölümündən əvvəl şəhidin oğlu olub. Amma Qabil Orucəliyev oğlunun nə səsini eşidib, nədə üzünü görüb. Leytenant Qabil Orucəliyev həyatda tək övlad olmaqla yanaşı, həmdə atasız böyüyüb.

Allah rəhmət etsin!
 
BAKU.WS