13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
"Memar Əcəmi-2" metro stansiyasında kreativ monitor quraşdırılıb.
 
BAKU.WS-in məlumatına görə, monitordan stansiyanın platformasını açıq aşkar görmək mümkündür. Bununla yanaşı, monitorda Azərbaycan bayrağı da dalğalanır. 
 
Qeyd edək ki, "Memar Əcəmi-2" stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılıb. Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb. "Memar Əcəmi-2"-də eskalatorlar birbaşa platformanın mərkəzinə doğru uzanır və eskalatorun sayı 17-dir.
 
Vestibüldən aşağıya doğru sonrakı mərtəbədən "Yaşıl" və "Bənövşəyi" xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə ediləcək. "Memar Əcəmi-2" - "Bənövşəyi xətt"dən mövcud "Yaşıl xətt"ə keçid stansiyası rolunu oynayacaq. Sərnişinlər buradan "Memar Əcəmi" stansiyasına keçməklə, "Yaşıl xətt"ə daxil olan stansiyalardan istifadə edə biləcəklər.

Stansiyada 7 vaqonlu qatarların olması nəzərdə tutulub, amma ilkin olaraq 5 vaqonlu qatarlar hərəkət edəcək.

BAKU.WS