SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda qayınana gəlini vəhşicəsinə döyüb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkələrdə paylaşım edib. 

BAKU.WS-in araşdırmaları nəticəsində məlum olub ki, hadisə aprelin 26-da Lənkəranın Yuxarı Nüvədi kəndində baş verib.

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yayılan video görüntülər əsasında araşdırma aparılır.

Bildirilib ki, kənd sakini 75 yaşlı Qurbanova Girdənazın 31 yaşlı gəlinini döyməsilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

BAKU.WS
VİDEO