Hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş hərbçilərə 1080 manat veriləcək - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş hərbçilərə aylıq 360 manat veriləcək".
BAKU.WS xəbər verir ki, bu sözləri Xəzər TV-nin “Birinci Studiya” verilişinin qonağı olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.
O bildirib ki, hərbçilərə hər ay üçün 360 manat ödəniləcək: "Yəni hər bir hərbçi 3 ay üçün 1080 manat alacaq. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə 50 milyon manat ayrılıb.
Dekabrdan sonra da hərbi xidmətini davam etdirən hərbçilərə hər ay üçün 360 manatın ödənilməsi davam etdiriləcək".
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...