Ziya Rəcəbov: "Finalda "Turan"ın qələbə qazanacağına inanıram"
Qadınlardan ibarət "Turan" voleybol komandasının Azərbaycan Yüksək Liqasında qalib olmaq şansı yüksəkdir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Ziya Rəcəbov jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis "Gəncə"ya qarşı keçirdikləri yarımfinal oyunu barədə danışıb:
"Bu gün Tovuzda əsl bayram əhval-ruhiyyəsi var idi. Əlbəttə, bu, "Turan" voleybol komandasının sayəsində idi. Biz qızlardan daha yaxşı performans gözləyirik və çempion olmaq istəyirik. Hamımız kuboku qazanmağı hədəfləmişik. Finalda "Turan"ın qələbə qazanacağına inanıram".
Mütəxəssis final oyununa çox ciddi hazırlaşacaqlarını bildirib:
"Dünyada bu cür praktika yoxdur. Ən azından final iki oyundan ibarət olmalıdır. Türkiyəyə və digər yaxın ölkələrə baxsaq, fərqli sistemlər görərik. Biz isə verilən qərarlara uyğun hərəkət edirik. Bizim üçün fərqi yoxdur. Aprelin 19-u final günüdür və biz həmin oyuna düzgün hazırlaşıb çempion olmaq istəyirik".
Qeyd edək ki, "Turan" yarımfinalda "Gəncə"ni hər iki görüşdə 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Oxşar xəbərlər
Dünya Kuboku 80 milyard dollar qazandıracaq
2026 FIFA Dünya Kuboku qlobal iqtisadiyyata böyük təsir göstərəcək. FIFA məlumatına görə, turnir ümumilikdə 80 milyard dollardan çox iqtisadi aktivlik yaradacaq...