“Zirə” yeni futbolçu ilə anlaşıb
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Paytaxt təmsilçisindən verilən məlumata görə, komanda Araz Abdullayevi heyətinə qatıb.
31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Yarımmüdafiəçi ilə sözləşmənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.
Qeyd edək ki, futbolçu karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın “Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Lapi” klublarının şərəfini qoruyub. Araz Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 dəfə fərqlənməyi bacarıb.
Oxşar xəbərlər
Dünya futbolunun gənc istedadları bəlli oldu
İngiltərənin "The Guardian" qəzeti "2006-cı il təvəllüdlü ən yaxşı gənc istedadlar"ın siyahısını dərc edib. BAKU.WS sözügedən siyahını təqdim edir. Muslem Anatu...