"Zirə" - "Keşlə" oyununda insident: Rəşad Sadıqov və futbolçusu qırmızı vərəqə aldı

Zirə - Keşlə oyununda insident: Rəşad Sadıqov və futbolçusu qırmızı vərəqə aldı
İdman 173

Azərbaycan Kubokunda "Zirə" və "Keşlə" arasında keçirilən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə insident yaranıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 88-ci dəqiqədə meydan sahiblərinin cərimə meydançası daxilində Lazar Corceviçin Anatole Abanqla təması penalti kimi dəyərləndirilib.

FIFA referisi Elçin Məsiyev köməkçisi ilə məsləhətləşdikdən sonra 11 metrlik cərimə zərbəsi təyin edib.

Buna etiraz edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov qırmızı vərəqə alıb. Onunla yanaşı, Corceviç də meydandan kənarlaşdırılıb.

Penaltini Sezar Meza Kolli dəqiq yerinə yetirərək, hesabı komandasının xeyrinə dəyişib - 2:1.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər