Zinəddin Zidan Ronaldunun yeni baş məşqçisi ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Zinəddin Zidan Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun yeni baş məşqçisi ola bilər.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Rudi Qarsiya ilə vidalaşan Ər-Riyad təmsilçisinin rəhbərliyi komandanı fransalı mütəxəssisə tapşırmaq istəyir.
İddiaya görə, danışıqlar prosesində "Əl-Nəsr"in aparıcı futbolçusu Kriştianu Ronaldu da iştirak edir. Portuqaliyalı hücumçu 52 yaşlı çalışdırıcını təklifi qəbul etməyə razı salmaq üçün çalışır.
Zidanla yanaşı, hazırda İtaliya "Roma"sına başçılıq edən Joze Mourinyonun da "Əl-Nəsr"in sükanı arxasına keçə biləcəyi istisna olunmur.
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...