Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazandı
İdman 148

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı İlia Sulamanidze ilə qarşılaşıb.

Z.Kotsoyev "Paris-2024" Yay Olimpiya Oyunlarının həlledici görüşündə qalib gəldiyi rəqibinə bu dəfə məğlub olaraq, ikinci yerlə kifayətlənib.

Azərbaycanın digər cüdoçusu Uşanqi Kokauri (+100 kiloqram) bürünc medal uğrunda almaniyalı Erik Abramovla qarşılaşacaq.

Qadın cüdoçu Nigar Süleymanova isə (+78 kiloqram) ilk görüşdə gürcüstanlı Sofia Somkxişviliyə uduzub.

Daha əvvəl Əhməd Yusifov (60 kiloqram), Rəşid Məmmədəliyev (73 kiloqram), Zelim Tçkayev (81 kiloqram) və Murad Fətiyev (90 kiloqram) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

*** 15:40

100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, cüdoçumuzun rəqibi ukraynalı Anton Savitski olub.

Kotsoyev rəqibinə qalib gələrək, finala yüksəlib.

Onun həlledici qarşılaşmadakı rəqibi Paris-2024 Yay Olimpiya Oyunlarının finalında məğlub etdiyi gürcüstanlı İlia Sulamanidze olacaq.

*** 10:38

Azərbaycanın daha üç cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bu gün mübarizəyə qoşulacaq.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, kişilərdən Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq), qadınların yarışında isə Nigar Süleymanova (+78 kq) qüvvəsini sınayacaq.

Daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycanı təmsil etmək üçün Avropa çempionatına 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) yollanıb. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Son xəbərlər