Zədələnən Hacı Əliyev mübarizəni erkən dayandırdı - FOTO - YENİLƏNİB

Azərbaycanın üçqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında 1/4 final mərhələsini keçə bilməyib.
BAKU.WS xəbər verir ki, Əliyev 1/4 finaldakı rəqibi Vazgen Tevanyan (Ermənistan) olub.
İlk görüşdə burnundan qan açılan təmsilçimiz qarşılaşmaya belə davam edib. Nəticədə 2:12 hesabı ilə uduzan H.Əliyev bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.
***16:16
Hacı Əliyev dünya çempionatında monqolustanlı rəqibi Tulqu Tumura Oçiranı məğlub edərək 1/4 finala yüksəlib.
BAKU.WS xəbər verir ki, o, 1/4 finalda erməni güləşçi Vazgen Tevanyanla qarşılaşacaq.
***15:05
Hacı Əliyev avstraliyalı Georgi Okorokova 9:2 hesabıyla qalib gələrək 1/8 finala yüksəldi.
***14:15
Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatına təmsilçimiz Hacı Əliyev (65 kq) qələbə ilə başlayıb.
BAKU.WS xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev çinli rəqibi Şauhua Yuan üzərində 10:4 hesablı qələbə qazanıb. Təmsilçimiz 1/16 mərhələsində avstraliya güləşçisi Qeorgi Okorokovla qarşılaşacaq.
Qeyd edək ki, Hacı Əliyev üçqat dünya və dördqat Avropa çempionudur.
Qalereya
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb "Report"un Zaqrebə ezam olunmuş əməkdaşı...