Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət etdi - VİDEO

Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədov Bakıda keçiriləcək vida döyüş gecəsi ilə bağlı tamaşaçılara müraciət edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Mauqli" ləqəbli idmançı Milli Gimnastika Arenasında keçiriləcək döyüş gecəsində dəstək üçün tamaşaçıları gözlədiyini bildirib.
Qeyd edək ki, bu döyüş gecəsi sentyabrın 10-da keçiriləcək. Yarış saat 18:00-da başlayacaq. Zabit Səmədov "Yekəayaq" ləqəbli braziliyalı sabiq UFC döyüşçüsü Antonio Silva ilə qarşılaşacaq. Bu, Səmədovun karyerasında sonuncu – 116-cı döyüşü olacaq. Qalib gələcəyi halda, ona Beynəlxalq Karate və Kikboksinq İdmanı Assosiasiyasının (ISKA) kəməri təqdim olunacaq.
Oxşar xəbərlər
Zabit Səmədovun vida döyüş gecəsində Azərbaycanın digər məşhur idmançısı da çıxış edəcək
Azərbaycanlı kikboksçu Zabit Səmədovun Bakıda təşkil olunacaq vida döyüş gecəsində daha bir tanınmış sima yer alacaq. BAKU.WS "report"a istinadən xəbər verir ki...