Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"
"Ola bilsin ki, bu mənim sonuncu döyüşüm olmasın".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Bakıda vida döyüş gecəsi keçirəcək Azərbaycan kikboksçusu Zabit Səmədov deyib.
O bildirib ki, braziliyalı rəqibinə uduzsa, revanş döyüşü istəyəcək: "Əgər Antonio Silvaya uduzsam, mütləq revanş olacaq. Karyeramı qələbə ilə başa vurmaq istəyirəm".
O bildirib ki, kikboksçu Alim Nəbiyevi bu turnirə o dəvət edib: "Bildiyiniz kimi, mən Belarusda, o da Ukraynada yaşayıb. İstədim ki, doğma vətəndə – Azərbaycanda turnirdə çıxış etsin.
Mənim sahib olduğum klubda məşq keçdi və dəvətimi yerə salmayıb turnirə qatılmağa razılıq verdi. Alim "Glory" turnirində çıxış edir. Kifayət qədər tanınmış idmançıdır. Belə bir idmançının burada çıxış etməsi də böyük üstünlükdür".
Qeyd edək ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.
Oxşar xəbərlər
Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirilib - FOTO
Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədovun Bakıda keçiriləcək vida gecəsi üçün çəkiölçmə mərasimi keçirilib. BAKU.WS "report"a istinadən xəb...