"Yuventus"un oyunçuları "Milan"la matçdan sonra dalaşdılar
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliya A Seriyasının IV turunda keçirilmiş "Yuventus" - "Milan" oyunundan sonra insident baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Turin klubunun qapıçısı Voytsex Şensnı və yarımmüdafiəçisi Adrien Rabyo dalaşıblar.
Meydanda başlayan münaqişə paltardəyişmə otağında da davam edib. İnsidentə polşalı qapıçının "Milan"ın hücumçusu Ante Rebiçin hesabı bərabərləşdirdiyi epizodda komanda yoldaşını itələməsi səbəb olub.
Komandanın baş məşqçisi Massimiliano Alleqrinin müdaxiləsindən sonra futbolçular sakitləşiblər. 54 yaşlı mütəxəssis bu səbəbdən oyunsonrası mətbuat konfransına gecikib.
Qeyd edək ki, "Yuventus" - "Milan" görüşü 1:1 hesabı ilə başa çatıb.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Futbolçular düşündüyümdən daha yaxşı oynadılar"
"Çox maraqlı oyun alındı. Hər iki komandanın futbolçuları alqışa layiq idi. Oyunçularımı təbrik edirəm. Düşündüyümdən daha yaxşı oynadılar. Uzun müddətdir ki, ç...