"Yuventus" klubu Kenan Yıldızla razılığa gəldi - Müqavilənin detalları
Turinin "Yuventus" klubu hücumçu Kenan Yıldız və onun menecerləri ilə yeni uzunmüddətli müqavilə barədə şifahi razılığa gəlib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano öz "X" hesabında bildirib.
Mənbənin məlumatına görə, yeni müqavilə dördillik nəzərdə tutulacaq.
Bildirilir ki, Kenan Yıldız yeni müqaviləyə imza atmağa razılaşıb və bu müqaviləyə əsasən, o, komandada ən çox maaş alan oyunçularından biri olacaq.
Qeyd edək ki, Kenan Yıldız 2022-ci ilin yayında "Bavariya"dan azad agent statusunda "Yuventus"un gənclər komandasına keçib. Bu mövsüm 20 yaşlı cinah oyunçusunun hesabında bütün turnirlərdə 31 matçda 9 qol və 8 məhsuldar ötürmə var.
Oxşar xəbərlər
İspaniyaya üzərək keçmək istəyən mərakeşli futbolçu həlak olub
Mərakeşin "Maqreb Atletik" klubunun futbolçusu Faten Ben Amar əl-Əziz İspaniyanın Seuta şəhərinə üzərək keçməyə cəhd edərkən həyatını itirib. BAKU.WS xəbər veri...