Yunan azarkeşlər PAOK - "Qarabağ" oyunu öncəsi təxribata əl atıblar - (VİDEO)
04
noy
2016
09:44
Yunanıstanın Saloniki şəhərinin"Tumba" stadionunda oynanılan Avropa Liqasının IV turunun PAOK - "Qarabağ" oyununda yerli azarkeşlər təxribata əl atıblar.
"Report"un Salonikiyə ezam olunmuş əməkdaşının məlumatına görə, PAOK azarkeşləri stadiona Ermənistan bayrağı ilə gələrək əvvəlcədən əldə olunmuş razılığı pozublar.
Lakin Azərbaycan tərəfinin müdaxiləsindən sonra bayraq yığışdırılıb.
İki klubun razılığına əsasən, azsaylı "Qarabağ" azarkeşləri Türkiyə, meydan sahibi azarkeşlər isə Ermənistan bayrağı ilə stadiona daxil ola bilməzlər.
BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ"dan möhtəşəm qələbə (VİDEO)
Avropa Liqasının qrup mərhələsində IV turun oyunları Yunanıstanın PAOK klubu ilə qarşılaşan "Qarabağ” möhtəşəm qələbə qazanıb. BAKU.WS xəbər verir ki, Bakıda k...