Yaylagül Ramazanova: "Kamandan oxatma üzrə Azərbaycan çempionatı mənim üçün çətin keçmədi"
Yeniliklərdən dərhal xəbərdar olun
Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı Yaylagül Ramazanova üçün heç də çətin keçməyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu böyüklər arasında yarışın qızıl medalına sahib çıxan idmançı jurnalistlərə açıqlamasında deyib.
O, həyəcanlı olmadığını söyləyib:
"Yarış mənim üçün çətin olmadı. Heç həyəcanım yox idi. Çünki məşqlərimi davam etdirirdim. Burda da yüksək nəticə göstərdim. Küləyə baxmayaraq, hər zamankı kimi lider olmağa çalışdım.
Azərbaycanda təşkil olunacaq III MDB oyunlarında hakim kimi fəaliyyət göstərəcək Yaylagül Ramazanova idmançıların şanslarını da dəyərləndirib:
"III MDB oyunlarında az yaşlılar çıxış edəcəklər. Mən orada hakim kimi fəaliyyət göstərəcəyəm. Yeni idmançılarımız var və nəsə əldə etməyə çalışırlar".
Qeyd edək ki, kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatında ölkənin müxəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı mübarizə aparıb.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...