Xəstələr onları əməliyyat edən həkimlərə qalib gəldi
04
may
2018
21:24
Bu gün Bakıda böyrək və qaraciyər köçürülən xəstələrlə onları əməliyyat edən həkimlər arasında futbol matçı keçirilib.Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkimləri orqan köçürülmüş xəstələrə 0:2 hesabı ilə uduzublar.Şöbənin müdiri Mircəlal Kazımi virtualaz.org saytına bildirib ki, “Donor ol, həyat bəxş et!” layihəsi çərçivəsində futbol oyununun keçirilməsində məqsəd orqan köçürülmüş xəstələrin əvvəlki vəziyyətlərini bərpa etdiyini göstərməkdir: "Əməliyyata hazırlaşan xəstələr və ya onların yaxınları düşünürlər ki, əməliyyatdan sonra yataq xəstəsi olacaqlar. Biz isə cəmiyyətə göstərmək istəyirik ki, bu xəstələr əməliyyatdan sonra sağlam insanlar kimi işləyir, yaşayırlar. Bugünkü matç da buna sübutdur".Şöbə müdiri əlavə edib ki, orqan köçürülmüş 2 nəfər İspaniyada keçirilən yarışda 200 atlet arasında qalib olub, bürünc medal qazanıblar.Yarışa Hacı Nuran hakimlik edib. Kazımi deyib ki, ötən ildən indiyədək 7 xəstəyə qaraciyər, 32 xəstəyə isə böyrək köçürülüb. Bütün əməliyyatlar uğurlu alınıb. Xəstələrə əsasən ailə üzvləri, yaxınları donorluq edib. Sonuncu 2 xəstənin birinə qayınatası, birinə isə qayınanası donorluq edib. İndiyədək ümumilikdə 600 xəstəyə orqan köçürülüb.BAKU.WS
Oxşar xəbərlər
Yeni insan orqanı kəşf edildi - ELM DÜNYASI ŞOKDA
Nyu-York universitetinin alimləri elm dünyasını şoka salan açıqlama verib.BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, açıqlamaya əsasən, insanın bütün vücudunu...