Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının açılış mərəsimi keçirilib
Martın 4-də Şahdağda Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının açılış mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, mərasimdə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının və Azərbaycan Qış İdman Növləri Federasiyasının nümayəndələri, o cümlədən Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveç olmaqla 124 atlet iştirak edib.
Martın 8-nə kimi davam edəcək yarışlarda U18 və U20 kateqoriyasında qadınlar və kişilər, eləcə də böyüklər sprint, qarışıq estafet (mixed relay), fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.
Rəsmi açılış mərasimində Azərbaycanda ilk dəfə olaraq Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının təşkilinin ölkənin idman tarixində əlamətdar hadisə olduğu bildirilib.
Qeyd edək ki, Azərbaycanı bu yarışda milli komandanın beş üzvü - Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edəcəklər.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda finala yüksəlib
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda finala yüksəlib. BAKU.WS xəbər verir ki,...