Xavi debüt oyunu barədə danışdı: “Ümid edirəm işimizin nəticəsi ortaya çıxacaq”
Yeniliklərdən dərhal xəbərdar olun
“Barselona”nın baş məşqçisi Xavi komandanın sükanı arxasında keçirəcəyi debüt oyunu ilə bağlı gözləntilərini açıqlayıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Xavi komandanı düzgün istiqamətləndirmək üçün nə qədər vaxta ehtiyacının olduğunu bilmədiyini deyib.
"Bütün proses mən və məşqçilər korpusundan çox asılıdır. Bu həftə komanda ilə ciddi çalışmışıq, oyunçularla fərdi məşqlər etmişik, həmçinin vacib məsələləri müzakirə etmişik. Ancaq bizim vaxtımız yoxdur. Ümid edirəm ki, artıq sabah işimizin nəticəsi həm taktika, həm psixologiya, həm də nəticə baxımından ortaya çıxacaq. Bir şeyi deyə bilərəm ki, “Barselona”nın heyətini bəyənirəm. Biz ailəyik, bu əsl komandadır. Çox razıyam”, - deyə Xavi bildirib.
Xatırladaq ki, “Barselona” İspaniya çempionatının 14-cü turunda “Espanyol”la qarşılaşacaq.
Oxşar xəbərlər
“Ailəmi bura gətirməyəcəm” - Millimizin yeni baş məşqçisi - VİDEO
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin “Qafqazinfo”ya müsahibəsi: - Öncə milli komandanın baş məşqçisi postuna aldığınız dəvətdən və...