Xanım karateçimiz Avropa Çempionatında qızıl medal qazandı (FOTO)

Xanım karateçimiz Avropa Çempionatında qızıl medal qazandı (FOTO)
İdman 785
14-15 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvlərindən son Avropa çempionatnın mükafatçıları Polina Hurenko (-47 kq) və Mədinə Sadıqova (-48 kq), eləcə də Elmir Aşurov (-55 kq) ötən həftəsonu müxtəlif yarışlarda fəxri kürsüyə qalxıblar.Karate Federasiyansıdan BAKU.WS-ə verilən məlumatına görə, P.Hurenko Bratislavada 38-ci Slovakiya Qran Prisinin qızıl medalına sahib olub. M.Sadıqova və E.Aşurov isə İstanbulda 31-ci “Boğazçiçi” Beynəlxalq Karate Turnirinin bürünc medallarını qazanıb.Karateçilərimiz bu ilin ikinci yarısı Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları uğrunda yarışlara hazırlıqları davam etdirəcək. Mayda Bolqarıstanda Yeniyetmələr liqasında lisenziya xalları qazanmaq üçün, idmançılarmızın daha bir yarışa qatılmaları nəzərdə tutulub.BAKU.WS
Xanım karateçimiz Avropa Çempionatında qızıl medal qazandı (FOTO)

Son xəbərlər