Volkanovski UFC kəmərini yenidən əldə etdi
Bu gün Mayami şəhərində keçirilən UFC 314 turnirində yüngül çəki dərəcəsində maraqlı qarşılaşma baş tutub.
BAKU.WS xəbər verir ki, gecənin əsas döyüşü titulun sabiq sahibi Aleksandr Volkanovski ilə bu kateqoriyada tanınmış döyüşçü Dieqo Lopes arasında olub.
Qarşılaşma beş raund davam edib və hakimlərin yekdil qərarı ilə Volkanovskinin qələbəsi rəsmiləşib.
Bu nəticə ilə Volkanovski çempionluq kəmərini yenidən özünə qaytara bilib. Onun peşəkar MMA karyerasında bu, 27-ci qələbədir. Volkanovskinin cəmi 4 məğlubiyyəti var.
ON TOP OF THE WORLD AGAIN 🌎@AlexVolkanovski is now a 2x UFC Featherweight Champion!
— UFC (@ufc) April 13, 2025
[ #UFC314 ] pic.twitter.com/pWf2OwHhTg
Oxşar xəbərlər
"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə daha iki yoxlama oyunu keçirəcək. BAKU.WS report-a istinadən xəbər verir ki, Qurban Qu...