Volkan Dəmirəl zəlzələdə ölən Atsunu andı: “Ondan aldığımız son hədiyyə” - VİDEO

Volkan Dəmirəl zəlzələdə ölən Atsunu andı: “Ondan aldığımız son hədiyyə” - VİDEO
İdman 7

"Hatayspor"un baş məşqçisi Volkan Dəmirəl 1 il əvvəl zəlzələ fəlakətində həyatını itirən futbolçusu Kristian Atsunun xatirəsini anıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

Atsunun vurduğu son qolu paylaşan Dəmirəl bu sözləri yazıb:

“Atsunun vurduğu bu qol ondan aldığımız son hədiyyədir. Zəlzələdən bir qədər əvvəl gələn bu qol saf sevinc və ümidi simvollaşdırır. Fəqət, sonrasında gələn zəlzələ Atsunu, Tanər müəllimimizi və bir çox sevdiyimizi bizdən aldı.

İndi onların aramızdan ayrılmaqlarının, Hatayın və 10 şəhərimizin uğradığı böyük itkinin 1 ili geridə qalıb. Böyük bir sevgi və rəhmətlə anırıq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər