Volkan Dəmirəl: Ümid edirəm ki, "Qarabağ" "Nyukasl"a qalib gələr" - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə millisinin və "Fənərbağça"nın sabiq qapıçısı Volkan Dəmirəl UEFA Çempionlar Liqasının liqa mərhələsində "Qarabağ" və "İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək oyun barədə danışıb.
BAKU.WS xəbər verir ki, təcrübəli mütəxəssis bunu AZƏRTAC-a açıqlamasında qarşılaşmanın çətin və gərgin keçəcəyini bildirib.
Onun sözlərinə görə, "Qarabağ" bu dəfə də azarkeşlərinə baxımlı oyun nümayiş etdirəcək: "İngiltərə komandalarını hər kəs çox yaxşı tanıyır. Onlara qarşı oynamaq çətindir. İnşallah, "Qarabağ" "Nyukasl"a qalib gələr".
Qeyd edək ki, fevralın 18-də keçiriləcək "Qarabağ" – "Nyukasl" oyunu saat 21:45-də başlayacaq.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...