Vinisiusu təhqir edən azarkeş CƏZALANDIRILDI

Vinisiusu təhqir edən azarkeş CƏZALANDIRILDI
İdman 110

İspaniya "İdmanda Zorakılıq, İrqçilik, Ksenofobiya və Dözümsüzlük üzrə Dövlət Daimi Komissiyası" "Mallorca" - "Real Madrid" matçında "Real Madrid"in futbolçusu Vinisius Junioru irqi zəmində təhqir edən azarkeşi cəzalandırıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Ali İdman Şurasına bağlı komissiya irqçi hərəkətə yol verən azarkeşi 4 min avro cərimələyib və 12 ay müddətində bütün idman yarışlarına qadağa qoyub.

Məlumata görə, sözügedən azarkeşlə bağlı İspaniya Milli Polisi 3 000 avro cərimə və 6 aylıq idman yarışlarına qadağa qoyulmasını tələb etmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər