Verstappen ev Qran-Prisində birinci oldu
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci il mövsümünün 15-ci “Formula 1” yarışı olan Niderland Qran Prisi başa çatıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, “Zandvoort” avtodromunda baş tutan yarışı ev sahibi Maks Verstappen (“Red Bull”) ilk sıradan başlayıb. Onun əsas təqibçi Şarl Lekler (“Ferrari”) olub.
Lakin yarışın gedişində fransalı pilot ikinciliyini Corc Rasselə (“Mersedes”) güzəştə gedib.
Beləliklə də, 15 turdan sonra ümumi cədvələ başçılıq edən Verstappen (310 xal) ən yaxın izləyiciləri Şarl Lekler və Serxio Pereslə (“Red Bull”) aralarındakı fərqi artırıb. Hazırda son iki pilotun hesabında 201 xal var.
Oxşar xəbərlər
Azərbaycan Qran-prisinin qalibi mükafatlandırıldı - YENİLƏNİB
“Formula-1” üzrə Azərbaycan Qran-prisində mükafatlandırma mərasimi keçirilib. BAKU.WS "Apasport.az"a istinadən xəbər verir ki, mövsümün 8-ci mərhələsinin qalibl...