Vaqif Cavadov Bakıda "Tvente" komandasını ziyarət edib
Futbol üzrə Azərbaycanın U-20 millisinin köməkçi məşqçisi Vaqif Cavadov Bakıda "Tvente" komandasını ziyarət edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Niderland təmsilçisi məlumat yayıb.
37 yaşlı mütəxəssis Enshede komandasının "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində klubun qaldığı otelə yollanıb.
V.Cavadov 2010/2011 mövsümündə "Tvente"nin formasını geyinib.
Xatırladaq ki, Niderlandda baş tutan ilk görüşdə "Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Oxşar xəbərlər
"Çelsi" və "Mançester Yunayted" "Sportinq"in futbolçusu üçün mübarizə apara bilər
İngiltərənin "Çelsi" və "Mançester Yunayted" klubları Portuqaliyanın "Sportinq" komandasında çıxış edən Flavio Qonsalveşlə maraqlanır. BAKU.WS xəbər verir ki, b...