Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət yığması qalib gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.
"Report"un məlumatına görə, I turda İordaniya ilə qarşılaşan yığmamız rəqibini 3,5:0,5 hesabı ilə üstələyib.
Aydın Süleymanlı - Əl Hatib-Əhməd 1:0
Nicat Abasov - Samir Loay 1:0
Rauf Məmmədov - Malik Saef 1:0
Şəhriyar Məmmədyarov - Anas Hvaira 0,5:0,5
Qeyd edək ki, qadınlardan ibarət komandamız Nikaraquanı məğlub edib - 4:0. Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.
Oxşar xəbərlər
Batrakovun qolları "Qalatasaray"a qələbə qazandırdı
UEFA Çempionlar Liqasının liqa mərhələsində Türkiyənin "Qalatasaray" klubu Almaniya təmsilçisi "Ştutqart"ı qəbul edib. BAKU.WS xəbər verir ki, İstanbulda keçiri...