Ukraynanı təmsil edən azərbaycanlı güləşçi beynəlxalq yarışda qızıl medal qazandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanı təmsil edən azərbaycanlı Olimpiya vitse-çempionu Pərviz Nəsibov Xorvatiyada keçirilən yarışda qızıl medal qazanıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Yunan-Roma Güləşi Federasiyasından məlumat verilib.
Həmyerlimiz yanvarın 29-30-da baş tutan “Grand Rrix Zagreb Open 2022” turnirində 72 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyib.
Xatırladaq ki, Pərviz Tokioda keçirilən Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə gümüş medal qazanıb. Onun bu naliyyəti Ukrayna hökuməti tərəfindən yüksək qiymətləndirilib. Güləşçi pul mükfatı və medalla yanaşı, mənzillə də təmin edilib.
Oxşar xəbərlər
Firdovsi Umudov: "Bəzi qüvvələr yığmada problem axtarırdılar" - MÜSAHİBƏ
Sərbəst güləş üzrə milli komandanın baş məşqçi vəzifəsindən ayrılan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "Report"a müsahibəsi...-...