UFC turnirinin əsas döyüşü: Qetji Poryeni ikinci raundda yerə sərdi - VİDEO
30
iyl
2023
12:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı döyüşçü Castin Qetji həmyerlisi Dastin Poryeni Solt-Leyk-Sitidə baş tutan UFC 291 turnirinin əsas qarşılaşmasında məğlub edib.
Turnirin əsas döyüşü statusunda olan yüngül çəkili idmançıların döyüşü ikinci raundda başa çatıb. C.Qetji nokautla rəqibi üzərində qalib gəlib.
Qeyd edək ki, 34 yaşlı C.Qetji qarışıq döyüş növləri üzrə turnirlərdə karyerasındakı 24-cü qələbəni qazanıb. O həmçinin biri D.Poryeyə (2018) olmaqla 4 dəfə məğlub olub.
D.Porye isə karyerası ərzində 29 qələbə qazanıb, yeddi dəfə məğlub olub.//oxu.az
Oxşar xəbərlər
Fiziyev erməni rəqiblə qarşılaşa bilər?
Dünyanın ən reytinqli qarışıq döyüş növləri üzrə təşkilatı olan UFC-nin azərbaycanlı döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibinin adına hələ də aydınlıq gəlməyi...