UFC Çempionu Konor Makqreqor həbs oluna bilər
Keçmiş UFC çempionu Konor Makqreqorun 2023-cü ilin noyabrında miqrantlarla bağlı paylaşdığı fikirlərə görə 7 ilə qədər həbs cəzası alma ehtimalı var.
Bu barədə "Irish Independent" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, İrlandiyanın Dövlət Prokurorluğu Makqreqorun "X" sosial şəbəkəsində Dublin iğtişaşlarından bir gün əvvəl etdiyi paylaşımları araşdırıb.
Hakimiyyət hesab edir ki, onun ifadələri nifrət zəminində gərginliyi artıraraq etiraz dalğasının genişlənməsinə səbəb ola bilər.
Etirazların başlanğıcı Dublində, katolik məktəbinin qarşısında baş verən hadisəyə bağlanır. 20 il əvvəl İrlandiyaya köçən 50 yaşlı bir kişi bıçaqla üç uşağa və bir qadına hücum edib, bu isə ölkədə gərginliyə səbəb olub.
Oxşar xəbərlər
"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri
2026-cı il Bakıda Formula 1 tarixinin əlamətdar mərhələlərindən biri olacaq - Azərbaycan Qran-prisi şəhərdə onuncu dəfə keçiriləcək. Geridə qalan on il ərzində...