UEFA Ronaldoya görə AVRO-2024-də təhlükəsizlik tədbirlərini gücləndirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Futbol Assosiasiyaları İttifaqı 2024-cü il Avropa çempionatının oyunlarında futbolçuların meydançada təhlükəsizliyini artırmaq üçün tədbirlər görəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Mənbənin məlumatına görə, buna səbəb qrup mərhələsinin 2-ci turunda Türkiyə ilə oyun zamanı “Siqnal İduna Park” stadionunun meydançasına daxil olan Kriştiano Ronaldonun 10 yaşlı azarkeşinin selfi çəkdirməsi olub.
UEFA azarkeşlərin daha meydançaya girə bilməməsi üçün təhlükəsizlik işçilərinin sayını artıracağını vəd edib.
Qeyd edək ki, oyun 3:0 hesabı ilə başa çatıb. Portuqaliyanın qollarını Bernardo Silva və Bruno Fernandes vurub. Türkiyə millisinin futbolçusu Səməd Akaydın öz qapısına daha bir qol göndərib.
Oxşar xəbərlər
AVRO-2024: Türkiyə millisi Portuqaliyaya uduzub
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyun baş tutub. "Report"un məlumatına görə, F qrupunun II turunda Türkiyə milli...