UEFA reytinqi: Rusiyanı qabaqlayan Azərbaycan 28-ci pillədə möhkəmlənib
Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayaraq 28-ci pillədə möhkəmlənib.
BAKU.WS report-a istinadən xəbər verir ki, II təsnifat mərhələsinin cavab matçlarının ardından ölkənin əmsalı 18.750-ə çatıb.
Cari mövsümdə qazanılan əmsal isə 1.625-ə yüksəlib. Ukrayna (19.225) 27-ci, Rusiya (18.299) 29-cu sıradadır.
Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı cavab oyununda İrlandiyanın "Şelburn" kollektivini minimal hesabla üstələyib - 1:0. Səfərdə rəqibini üç cavabsız qolla yenən "köhlən atlar" növbəti raundda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.
"Sabah" UEFA Konfrans Liqasında Moldovanın "Petrokub" komandasına şans verməyib. Səfərdə 2:0 hesablı qalibiyyyət əldə edən "bayquşlar" ötən gün evdə 4:1 hesablı qələbəyə sevinib və III təsnifat mərhələsinə adlayıb.
"Araz-Naxçıvan" Yunanıstanda "Aris"lə bərabərə qalıb - 2:2. Bu, Bakıda qalib gələn (2:1) Naxçıvan təmsilçisinin növbəti raunda vəsiqə qazanmasına kifayət edib.
"Zirə" isə Xorvatiyadakı qarşılaşmanın əlavə vaxtında "Hayduk"a uduzub - 1:2. Bakıda rəqibi ilə bərabərə qalan (1:1) "qartallar" avrokuboklarda mübarizəni dayandırıb.
Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya), "Araz-Naxçıvan" Kiprin "Omoniya" klubu ilə münasibətlərə aydınlıq gətirəcək.
Oxşar xəbərlər
Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olub
Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi müəyyənləşib. İsveçrə təmsilçisi "Sankt Mortiz" üzərində...