UEFA reytinqi: "Qarabağ"ın mərhələ adlaması Azərbaycana növbəti əmsalları qazandırıb
“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti əmsalları qazandırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Ağdam klubunun mərhələ adlaması ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib.
Nəticədə Azərbaycanın cari mövsümdəki əmsalı 5,625-ə çatıb.
Son 5 mövsümdəki ümumi əmsallar 19,875-ə bərabərdir. Bununla da Azərbaycanın UEFA reytinqində cari mövsümü ən azı 27-ci pillədə başa vuracağı dəqiqləşib.
Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,614) ikinci, İtaliya (84.855) isə üçüncü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
UEFA reytinqi: Azərbaycan “Qarabağ”ın sayəsində Slovakiyanı geridə qoyub
“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində qələbə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb. “Report”un məlumatına görə, Ağd...