UEFA qərarını verdi! İstanbulda 2 nəhəng final oynanılacaq

UEFA qərarını verdi! İstanbulda 2 nəhəng final oynanılacaq
İdman 218

Türkiyənin İstanbul şəhəri növbəti illərdə ardıcıl iki Avropa kubokunun finalına ev sahibliyi edəcək.

BAKU.WS xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində UEFA İcraiyyə Şurasının iclası keçirilib.

2026-cı ildə UEFA Avropa Liqasının finalının "Beşiktaş"ın ev oyunlarını keçirdiyi "Dolmabahçe"də keçirilməsinə qərar verilib.

Həmçinin, 2027-ci ildə Konfrans Liqasının finalının da İstanbulda oynanılacağı bildirilib. Bu finalın stadionu daha sonra müəyyənləşəcək.

"Dolmabahçe" ikinci dəfə UEFA final təşkilatına ev sahibliyi edəcək.

2019-cu ildə İngiltərənin iki komandası "Liverpul" və "Çelsi"ni qarşı-qarşıya gətirən UEFA Super Kubokunun final matçı da "Beşiktaş"ın stadionunda keçirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər