UEFA “Qarabağ”la oyundan sonra “Marsel”ə qarşı iş açdı

UEFA “Qarabağ”la oyundan sonra “Marsel”ə qarşı iş açdı
İdman 191

UEFA Konfrans Liqasının 1/16 final mərhələsində “Qarabağ”la oyunundan (3:1) sonra “Marsel”ə qarşı intizam işi açıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Fransa klubu tribunalarda qadağan olunmuş bannerin görünməsinə, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə görə ittiham edilir.

İntizam işinin tarixi daha sonra müəyyənləşəcək.

Qeyd edək ki, "Qarabağ"ın "Marsel"lə cavab oyunu fevralın 24-də Azərbaycanda keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər